Yevlaxda əməliyyat keçirilib, “patı”, heroin və psixotrop həblər götürülüb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum edilmiş Ramil Abdullayev tutulub. Onun üzərinə baxış keçirilən zaman heroin və psixotrop maddə olan metamfetamin (patı) aşkar edilərək götürülüb.

Keçirilmiş digər tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayon sakini Rauf Şabanov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik preqabalin həbləri aşkar edilərək götürülüb. R.Şabanovun ətrafında davam etdirilən araşdırmalarla həmin həbləri tanışı Ələsgər adlı şəxsdən aldığı müəyyən edilib. Tədbirlərin davamı olaraq Ələsgər Novruzov da saxlanılaraq RPŞ-yə gətirilib. Ə.Novruzovun üzərinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik tramadol həbləri aşkarlanıb.

Qeyd olunan faktlarla bağlıYevlax RPŞ-də araşdırmalar davam etdirlir.