Sabah Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Sabah Bakının erməni-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü ilə əlaqədar olaraq paytaxtın bir sıra ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumatda bildirilir ki, 15 sentyabr 2021-ci il tarixdə saat 09:00-da Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında yürüşləri aşağıda göstərilən marşrutlar üzrə təşkil olunması nəzərdə tutulub:

- 1-ci marşrut - Şəhidlər xiyabanı - Türk Şəhidləri abidəsinin önü - İçərişəhər metrosu - İqtisadiyyat Universitetinin binası - Qala Qapısı - "AzNeft" dairəsi - Bəhram Gur heykəli,

- Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyətinin iştirakı ilə üç qutu olmaqla hər qoşun növünə aid bir qutu 50 nəfərdən ibarət Hərbi orkestr

- 2-ci marşrut -Səməd Vurğun bağı - 28 May küçəsi - Bülbül Prospekti -Neftcilər Prospekti - Azadlıq Meydanı;

- Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyətinin iştirakı ilə üç qutu olmaqla qeyd olunan istiqamətlərdə vətəndaşların yola çıxmaması, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və tədbir iştirakçılarının maneəsiz hərəkəti üçün zəruri sayda polis əməkdaşları ayrılmaqla müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin ediləcək".