Azərbaycan gimnastları Sarayevoda beynəlxalq turnirdə 13 medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan "Suada Dilberoviç" beynəlxalq turnirində uğurla çıxış ediblər.

Day.Az Azərbaycan Gimnastika Federasiyasının feysbuk səhifəsinə istinadla xəbər verir ki, gimnastlarımız turnirdə 3 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar. Alina Məmmədova 3 qızıl (çoxnövçülük, halqa, top), 1 gümüş (lent), 1 bürünc (gürzlər), Leyli Ağazadə 2 qızıl (gürzlər, lent), 2 gümüş (çondinövçülük), 1 bürünc (top), Mədinə Dəmirova əlavə 2 gümüş (top, gürzlər) və 3 bürünc (çoxnövçülük, lent, halqa) medala sahib olublar.