https://news.day.az/azerinews/1653898.html
Şəkidə qəza - xəsarət alan var
Şəki rayonunda minik avtomobilləri toqquşub, xəsarət alan var.Day.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı bir nəfər sərnişin, 1968-ci il təvəllüdlü İpək Camal qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.İ.
Şəkidə qəza - xəsarət alan var
Şəki rayonunda minik avtomobilləri toqquşub, xəsarət alan var.
Day.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı bir nəfər sərnişin, 1968-ci il təvəllüdlü İpək Camal qızı Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İ. Həsənovaya Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi ilkin tibbi yardım göstərildikdən sonra müayinə edilmək üçün Qəbələ RMX-a göndərilib.
Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре