Bu avtomobillər ucuzlaşdı - AÇIQLAMA
Azərbaycanda dizel maşınların qiyməti düşüb.
Day.Az xəbər verir ki, dizel mühərrikli avtomobillərə tələb azaldığına görə qiymətləri də enib. Alıcıların azlığı maşınların qiymətinə ciddi şəkildə təsir edib.
Satıcıların Milli.Az-a dediyinə görə dizel avtomobillərə marağın azalmasına səbəb bu avtomobillərlə bağlı iddiaların yayılmasıdır. Belə ki, bir müddət əvvəl sosial şəbəkələrdə dizel mühərrikli maşınlara görə əlavə verginin tətbiq olunması ilə bağlı fikirlər səsləndirilmişdi.
Eləcə də, dizelin qiymətinin Aİ-92-dən çox cüzi fərqlənməsi də bu maşınlara marağı azaldıb. Bundan əlavə, Koreyadan gətirilmiş yürüşü çəkilmiş dizel avtomobillərin çoxluğu da bazara mənfi təsir edib.
Bir neçə il sonra bir çox ölkələrdə dizel yanacağından istifadəyə qadağa tətbiq olunacağı, məhz bu baxımdan da maşınların Koreyada ucuz qiymətə satılması səsləndirilən iddialar sırasındadır.
Dizel yoxsa benzin?
Avtomobildən anlayışı olmayanları maraqlandıran əsas suallardan biri də onun işlətdiyi yanacaq növü ilə bağlıdır.
Milli.Az benzin və dizel avtomobillər arasındakı fərqləri təqdim edir:
Əvvəla onu bildirək ki, şəhərdə və qısa məsafələrdə sürəcəksinizsə benzin daha uyğundur. Əgər uzun məsafə və qənaət üstünlükdürsə dizel daha yaxşı seçim ola bilər.
Yanacaq sərfiyyatı
• Dizel avtomobillər daha az yanacaqla daha çox məsafə gedə bilər. Onlar uzun yol sürüşü üçün daha sərfəlidir.
• Benzin mühərrikləri şəhər içi qısa məsafələr üçün daha uyğundur, amma dizellə müqayisədə daha çox yanacaq sərf edirlər.
Yanacağın qiyməti
• Dizel adətən bir qədər ucuzdur, dizel mühərrikləri daha qənaətcil olduğu üçün bu fərqi uzun müddət ərzində hiss etmək mümkün olur.
Texniki baxış
• Dizel mühərriklər daha möhkəmdir, lakin xərcləri bəzən daha yüksək ola bilər.
• Benzin mühərrikləri daha sadə quruluşa malikdir və bəzən onlara xidmət etmək daha ucuz başa gəlir.
Sürət və səs
• Benzin mühərrikləri adətən daha səssiz və çevikdir, sürücülük təcrübəsi daha hamar olur.
• Dizel mühərrikləri isə daha güclü, lakin daha səs-küylü ola bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре