Azərbaycanın İƏT-dəki yeni nümayəndə heyəti müəyyən olunub

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqındakı yeni nümayəndə heyətinin tərkibi və rəhbəri müəyyənləşib.

Day.Az xəbər verir ki, nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Rəfael Hüseynov rəhbərlik edəcək.

Nümayəndə heyətinin tərkibinə isə deputatlar Ceyhun Məmmədov, Nigar Məmmədova, Cavanşir Paşazadə və Tənzilə Rüstəmxanlı daxil olub.