https://news.day.az/azerinews/1711866.html
Azərbaycan fiqurlu konkisürəni qızıl qazanıb
Fiqurlu konkisürənimiz Vladimir Litvinsev beynəlxalq yarışda qızıl medal qazanıb. İdman.biz xəbər verir ki, o, noyabrın 25-30-da Türkiyənin İstanbul şəhərində keçirilən "Bosfor kuboku" adlı yarışda iştirak edib. Azərbaycanı təmsil edən idmançı qısa və sərbəst proqram üzrə çıxış edərək 12 idmançı arasında 225.41 xal taplayıb.
Azərbaycan fiqurlu konkisürəni qızıl qazanıb

Fiqurlu konkisürənimiz Vladimir Litvinsev beynəlxalq yarışda qızıl medal qazanıb.
İdman.biz xəbər verir ki, o, noyabrın 25-30-da Türkiyənin İstanbul şəhərində keçirilən "Bosfor kuboku" adlı yarışda iştirak edib.
Azərbaycanı təmsil edən idmançı qısa və sərbəst proqram üzrə çıxış edərək 12 idmançı arasında 225.41 xal taplayıb. Yekun nəticədə 1-ci yeri tutaraq, qızıl medala layiq görülüb.
Yarışda Azərbaycanı yeniyetmə idmançılar Səbinə Əliyeva və Leyli Axundova da təmsil ediblər.
Leyli Axundova 106.24 xalla 26-cı, Səbinə Əliyeva isə 106.12 xalla 27-ci yerdə qərarlaşıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре