https://news.day.az/azerinews/1736868.html Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı" yalnız onlayn qaydada https://e-xidmet.ayna.gov.az/ portalı üzərindən veriləcək. Day.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək

Azərbaycanca, 13 марта 2025 18:51 (UTC +04:00) 553
Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək

Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı" yalnız onlayn qaydada https://e-xidmet.ayna.gov.az/ portalı üzərindən veriləcək.

Day.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, proses "AYNA" informasiya sisteminə inteqrasiya olunan "Fərqlənmə nişanı" altsistemi vasitəsilə həyata keçiriləcək. Həmin sistem üzərindən "Fərqlənmə nişanı"nın alınması üçün müraciətlərin edilməsi yalnız gücləndirilmiş ASAN İmza ilə mümkün olacaq.

Sistemin yeni olmasını nəzərə alaraq, qarşıya çıxacaq sualları minimuma endirmək üçün "İstifadəçi təlimatları" hazırlanıb.

Qeyd edilib ki, qanunvericiliyin tələblərinə əsasən, "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости