Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Milli Qəhrəman Polad Həşimovun ailəsi ilə görüşüblər.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə 44 günlük müharibədəki şanlı Zəfərimiz, Vətən oğullarının qəhrəmanlığından danışılıb, qəhrəmanlar yetişdirən analara minnətdarlıq ifadə olunub.