Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var

Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Zirvə görüşündə deyib.

Məhəmməd Şahbaz Şərif qeyd edib ki, onlar keçilməz qala kimi bizimlə bərabər dayandılar.

"Silahdaş olan qardaşlar kimi biz sülh ədalət və mənəvi dəyərləri qoruyacağıq. Üçtərəfli format zamanında teşkil edilib və mühüm əhəmiyyətə malikdir. Bu qarşılıqlı maraq doğuran sahələrdə birgə irəliləmək üçün təkan verir", - deyə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif qeyd edib.