https://news.day.az/azerinews/1764006.html AZAL Bakı–Təl-Əviv–Bakı reyslərini bərpa edir Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2025-ci il iyunun 28-dən etibarən Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların yerinə yetirilməsini bərpa edir. Bu barədə Day.Az-a AZAL-dan məlumat verilib.

AZAL Bakı–Təl-Əviv–Bakı reyslərini bərpa edir

Azərbaycanca, 28 июня 2025 10:45 (UTC +04:00) 479
AZAL Bakı–Təl-Əviv–Bakı reyslərini bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2025-ci il iyunun 28-dən etibarən Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların yerinə yetirilməsini bərpa edir.

Bu barədə Day.Az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, uçuşların müvəqqəti dayandırılması Yaxın Şərqdəki gərgin vəziyyət və bunun nəticəsində bir sıra ölkələrin hava məkanının bağlanması ilə bağlı idi.

"Hazırda bölgədə vəziyyətin sabitləşməsi Azərbaycan və İsrail arasında təhlükəsiz hava nəqliyyatının bərpasına imkan verir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar", - deyə məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости