"Tarqovı"da transformator partladı

Bu gecə Bakının mərkəzində,  "Tarqovı" kimi tanınan Nizami küçəsində elektrik enerjisinin verilişində problem yaranıb.

Day.Az news24.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, transformatorlardan birində baş verən partlayış nəticəsində ərazidə genişmiqyaslı işıqsızlıq müşahidə olunur.

Nəticədə bir sıra ictimai iaşə obyektləri, o cümlədən restoran və mağazalar fəaliyyətini müvəqqəti dayandırıb.