https://news.day.az/azerinews/1772992.html Tokayev Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşmasına dair Bəyannaməni tarixi nailiyyət hesab edir Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması üzrə Bəyannamə uzunmüddətli hərbi münaqişəyə son qoymuş tarixi əhəmiyyətli nailiyyət kimi qiymətləndirir. Day.Az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldıbay "Telegram" kanalında yazıb.

Tokayev Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşmasına dair Bəyannaməni tarixi nailiyyət hesab edir

Azərbaycanca, 9 августа 2025 09:42 (UTC +04:00) 511
Tokayev Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşmasına dair Bəyannaməni tarixi nailiyyət hesab edir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması üzrə Bəyannamə uzunmüddətli hərbi münaqişəyə son qoymuş tarixi əhəmiyyətli nailiyyət kimi qiymətləndirir.

Day.Az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldıbay "Telegram" kanalında yazıb.

"Prezident Kasım-Jomart Tokayev hesab edir ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması tarixi əhəmiyyətə malik nailiyyətdir. Sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyaraq möhkəm sülh əsasında diplomatik münasibətlərin qurulmasına və əməkdaşlığın inkişafına yol açıb", - Jeldıbay qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости