https://news.day.az/azerinews/1775421.html Meşəlik ərazidə əməliyyat - Saxlanılan var - FOTO Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyasına qarşı əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Day.Az-a bildirilib ki, tədbirlərlə Ağdam rayon sakini, 32 yaşlı Pərvin Məhərrəmzadə saxlanılıb.

Meşəlik ərazidə əməliyyat - Saxlanılan var - FOTO

Azərbaycanca, 22 августа 2025 09:55 (UTC +04:00) 512
Meşəlik ərazidə əməliyyat

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyasına qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Day.Az-a bildirilib ki, tədbirlərlə Ağdam rayon sakini, 32 yaşlı Pərvin Məhərrəmzadə saxlanılıb.

Onun rayonun Çolaqlı kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib.

Həmin yerə baxış keçirilərkən çəkisi 50 kiloqram olan 33 ədəd çətənə kolu və satış məqsədilə orada saxladığı 8 kiloqram marixuana aşkarlanıb.

Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib.

Məhkəmənin qərarı ilə P. Məhərrəmzadə barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Meşəlik ərazidə əməliyyat
  • Meşəlik ərazidə əməliyyat
  • Meşəlik ərazidə əməliyyat
  • Meşəlik ərazidə əməliyyat
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости