İtaliya bu təşəbbüsdə Azərbaycanla birgə iştirak etməkdən fərəhlənir

İtaliya bu təşəbbüsdə Azərbaycanla birgə iştirak etməkdən fərəhlənir.

Day.Az xəbər verir ki, bunu İtaliya Prezidenti Sercio Mattarella Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında deyib.

"Cənab Prezident İlham Əliyev, həqiqətən çox məmnunam ki, biz beynəlxalq səviyyədə bu cür əhəmiyyətli nümunə göstəririk, yəni, əməkdaşlığın dərinləşməsi və inkişafı, istedadlı gənclərimizin təhsili təmin edilir. Ağır münaqişə və toqquşmalarla səciyyələnən hazırkı beynəlxalq vəziyyət fonunda biz məmnuniyyətlə əməkdaşlıq edirik, nəinki iqtisadiyyat, sənaye sahələrində, o cümlədən mədəniyyət, gənclərin təhsili, onların formalaşdırılması sahəsində çalışırıq. Bəşəriyyət isə hər zaman bu yolda olmalıdır. Bəşəriyyəti irəliyə aparan yalnız gənclər olacaq. Qlobal səviyyədə çox işlər görmüşük. Mədəniyyət, təhsil və tədqiqatların dərinləşməsi olmadan bu çağırışlar qarşısında dayanmaq mümkün olmayacaq. Bu amal İtaliya-Azərbaycan Universiteti tərəfindən dəyərləndirilir və onun üçün əməkdaşlıq aparılır."