Azərbaycanın yaşıl strategiyası:

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının təməlini qoyub.

Cəbrayılda "Şəms" və "Üfüq" adlı iki Günəş Elektrik Stansiyasının (GES) təməlqoyma mərasimi, Azərbaycanın enerji sektorunda yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Hər iki stansiyanın ümumi gücü 100 meqavat olmaqla, ölkənin "yaşıl enerji" strategiyasına uyğun şəkildə formalaşdırılmışdır. Bu layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının post-münaqişə dövründə bərpası və inkişafı prosesinin bir hissəsidir. Azərbaycanın enerji istehsalında şaxələndirmə siyasətini gücləndirir. 2030-cu ilə qədər ümumi enerji istehsalında bərpaolunan mənbələrin payını 30%-ə çatdırmaq məqsədinə xidmət edir.

Layihə üzrə açıqlanan göstəricilər kifayət iqtisadi baxımdan səmərəlidir. Stansiyalarda istehsal ediləcək elektrik enerjisinin 75 milyon kilovat-saatı "AzərEnerji" ASC-yə, 131 milyon kilovat-saatı isə "elektrik enerjisinin virtual ötürülməsi" prinsipi əsasında iri istehlakçılarla birbaşa bağlanan alqı-satqı müqavilələri üzrə satılacaq. Bu rəqəmlər göstərir ki, layihə təkcə enerji təminatı baxımından deyil, həm də ekoloji sabitlik və iqlim siyasəti baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Hər iki stansiyanın tam istismara verilməsi ilə ölkə ildə yüz minlərlə ton karbon emissiyasının qarşısını ala biləcək.

Layihənin həyata keçirilməsi dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında aparılır. Layihənin həyata keçirilməsi dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında aparılır. Layihə bölgədə yaşıl iqtisadiyyatın inkişafına, müasir iş yerlərinin yaradılmasına, enerji infrastrukturunun yenilənməsinə, həm də post-müharibə dövründə əhalinin geri dönüşü üçün infrastruktur təminatına şərait yaradacaq. Ətraf mühit baxımından isə, hər il 44 milyon kubmetr təbii qaza qənaət və 96 min ton emissiyanın azalması, Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal öhdəliklərinə (COP29 və Paris Sazişi çərçivəsində) uyğun gəlir.

Bu stansiyalar regionda enerji müstəqilliyini gücləndirəcək, gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə enerji ixrac potensialını artıracaq, həmçinin regional enerji təhlükəsizliyinə töhfə verəcək. Cəbrayılın strateji mövqeyi həm Zəngilan və Füzuli ilə sərhəddə yerləşməsi, həm də nəqliyyat-logistika baxımından əhəmiyyəti - bu zonanı yaşıl enerji klasterinin mərkəzinə çevirir.

2027-ci ildə istismara verilməsi planlaşdırılan bu stansiyalar Azərbaycan üçün enerji ixracında bərpaolunan mənbələrin payının artması, regionların dayanıqlı inkişafı, və "yaşıl iqtisadiyyat" brendinin möhkəmlənməsi baxımından dönüş nöqtəsi olacaq. Eyni zamanda, bu layihələr "Zəngəzur koridoru"nun enerji sütununu təşkil edəcək və gələcəkdə Qarabağ və Naxçıvan arasında enerji inteqrasiyasına zəmin yaradacaq.

Nəticə olaraq Cəbrayılda "Şəms" və "Üfüq" Günəş Elektrik Stansiyalarının təməlqoyma mərasimi Azərbaycanın enerji siyasətinin gələcəyə yönəlmiş vizyonunun göstəricisidir. Bu dövlətin iqtisadi, ekoloji və sosial maraqlarını birləşdirən kompleks layihədir və Şərqi Zəngəzurun "yaşıl enerji mərkəzi" kimi formalaşmasında əsas mərhələdir. Bu, həm milli, həm də qlobal miqyasda Azərbaycanın "yaşıl enerji lideri" kimi mövqeyini gücləndirəcək.