Mərkəzi Asiya ölkələri tərəfindən konsultativ format çərçivəsində yekun qərarın qəbul edilməsi tarixi əlaqələrimizin siyasi formata çevrilməsi deməkdir

Ölkələrimiz arasında tarixi, mədəni, mənəvi əlaqələr var.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.

H.Hacıyev qeyd edub ki, bütün bunlardan çıxış edərək son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını biz bariz şəkildə görürük və müşahidə edirik.

"Cənab Prezident İlham Əliyevin region ölkələrinə intensiv səfərləri, region ölkələrinin liderlərinin Azərbaycana intensiv səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimiz Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında genişlənən əlaqələrin bariz nümunəsidir. Mərkəzi Asia ölkələri tərəfindən konsultativ bu format çərçivəsində yekun qərarın qəbul edilməsi tarixi əlaqələrimizin siyasi formata çevrilməsi deməkdir", - deyə o bildirib.