https://news.day.az/azerinews/1796458.html Oğlu və nəvəsi eyni taleyi yaşayan - Milli Qəhrəman anası vəfat etdi Milli Qəhrəman Ərəstun Mahmudovun anası vəfat edib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhidin anası Sufayi Mahmudova yaşadığı İsmayıllı rayonunun Pirəbilqasım kəndində 90 yaşında dünyasını dəyişib. O, uzun müddətdir səhhətindəki problemlərdən əziyyət çəkirmiş.

Oğlu və nəvəsi eyni taleyi yaşayan - Milli Qəhrəman anası vəfat etdi

Azərbaycanca, 19 ноября 2025 12:25 (UTC +04:00) 321
Oğlu və nəvəsi eyni taleyi yaşayan

Milli Qəhrəman Ərəstun Mahmudovun anası vəfat edib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhidin anası Sufayi Mahmudova yaşadığı İsmayıllı rayonunun Pirəbilqasım kəndində 90 yaşında dünyasını dəyişib.

O, uzun müddətdir səhhətindəki problemlərdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Ə.Mahmudov 1957-ci ildə anadan olub, Leninqrad vilayətində Mülki Aviasiya Məktəbini bitirib. O, Birinci Qarabağ müharibəsində helikopterin bort mexaniki kimi iştirak edib. Onun cəbhəyə son uçuşu 1992-ci ilin yanvarın 28-də olub. Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən Mi-8 helikopteri erməni quldurları tərəfindən raketlə vurulub. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak olub.

Milli Qəhrəmanın oğlu, bort operatoru olan Elnur Mahmudov da atasının taleyini yaşayıb. Belə ki, 30 yaşlı E.Mahmudov 2011-ci ilin iyulun 6-da Azərbaycan yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində həlak olub. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

  • Oğlu və nəvəsi eyni taleyi yaşayan
  • Oğlu və nəvəsi eyni taleyi yaşayan
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости