14 dövlət proqramından 8-i İcbari Tibbi Sığorta hesabına maliyyələşdiriləcək

Azərbaycan illərdir ÜST-ün və 2002-ci ildə təsis olunmuş, QİÇS sahəsində dünyanın aparıcı qurumu olan Qlobal Fondun aktiv üzvü kimi həmin təşkilatla sıx əməkdaşlıq edir. Bu illər ərzində Azərbaycan region ölkələri üçün bu istiqamətdə bir nümunə olub.

Day.Az xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan konfransda çıxışı zamanı səsləndirib.

O bildirib ki, icbari tibbi sığorta ölkəmizdə uğurla tətbiq olunur.

"Hər il Milli Məclisdə hesabatlar zamanı səhiyyə sahəsindəki uğur və problemləri qanunvericilik çərçivəsində müzakirə etməyə çalışırıq. Qeyd edim ki, 14 dövlət proqramından 8-i icbari tibbi sığorta çərçivəsində maliyyələşdiriləcək", - deyə deputat əlavə edib.