https://news.day.az/azerinews/1800678.html
Milli Məclisdə Azərbaycan dilinin dövlət dili kimi inkişafı ilə bağlı konfrans keçirilir
Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfrans keçirilir. Day.Az xəbər verir ki, tədbirdə Milli Məclisin sədri və deputatları, elm və təhsil naziri, AMEA-nın prezidenti, Yazıçılar Birliyinin sədri, Audiovizual Şuranın sədr və başqaları iştirak edir.
Milli Məclisdə Azərbaycan dilinin dövlət dili kimi inkişafı ilə bağlı konfrans keçirilir
"Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" mövzusuna həsr edilən Konfrans keçirilir.
Day.Az xəbər verir ki, Konfransda Milli Məclisin sədri, komitə sədrləri və deputatları, AMEA-nın prezidenti, elm və təhsil naziri, Azərbaycan Yazıçılar Birliyinin sədri, Audiovizual Şuranın sədri və digər rəsmi şəxslər iştirak edirlər.
Tədbirdə aşağıdakı məsələlərin müzakirəsi gözlənilir:
- Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışında irəli sürülən çağırışlar və qarşıda duran vəzifələr;
- Ana dilinin qorunması - milli kimliyin qorumasının əsasıdır;
- Təhsil və Azərbaycan dilinin gələcək nəsillərə ötürülməsi;
- AMEA-nın dövlət dili siyasətinə elmi dəstəyi: normativ baza və akademik töhfələr;
- Azərbaycan ədəbi dilinin vahid norması;
- Mediada Azərbaycan dilinin qorunması: davranış kodeksi və maarifləndirmə;
- Azərbaycan toponimlərinin qorunması: coğrafi adlarda milli identiklik və dilin təhlükəsizliyi.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре