Bakıda küçənin ortasında kütləvi dava

Bakıda, 9-cu mikrorayon ərazisində kütləvi dava baş verib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Sakinlər "Vegas" İdman Mərkəzinin qarşısında hərgün baş verən eyni vəziyyətdən təngə gəliblər.

Sakinlərin sözlərinə görə kafedən çıxıb dava edənlərin səs-küyü artıq dözülməz həddə çatıb.