Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə texniki komitələr yaradılacaq
Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə texniki komitələrin yaradılması məqsədilə zəruri tədbirlər görüləcək.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya"ında öz əksini tapıb.
Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə texniki komitələrin əsasnaməsi, strukturu və iş planı layihələrinin hazırlanması, məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə texniki komitələrin yaradılması məqsədilə milli standartlaşdırma qurumuna müraciət olunması, məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə texniki komitələrin yaradılması, bununla da ekspert rəylərinin keyfiyyətinin artması planlaşdırılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре