https://news.day.az/azerinews/1802130.html Donuz əti yeyən kişi infarkt keçirdi Moskvada kişi donuz əti yedikdən dərhal sonra özünü pis hiss edərək xəstəxanaya çatdırılıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, həkimlər ona kardiogen şok və 1-ci tip Kounis sindromu diaqnozu qoyublar. Bu sindrom nadir rast gəlinən, allergik reaksiya səbəbindən yaranan kəskin koronar sindrom kimi tanınır.

Donuz əti yeyən kişi infarkt keçirdi

Azərbaycanca, 14 декабря 2025 04:23 (UTC +04:00) 348
Donuz əti yeyən kişi infarkt keçirdi

Moskvada kişi donuz əti yedikdən dərhal sonra özünü pis hiss edərək xəstəxanaya çatdırılıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, həkimlər ona kardiogen şok və 1-ci tip Kounis sindromu diaqnozu qoyublar. Bu sindrom nadir rast gəlinən, allergik reaksiya səbəbindən yaranan kəskin koronar sindrom kimi tanınır.

Şahidlərin sözlərinə görə, kişi yeməkdən sonra qəfil ürək ağrısı və nəfəs darlığı yaşayıb. Təcili tibbi yardımın vaxtında müdaxiləsi nəticəsində vəziyyəti stabilizə edilib və xəstə artıq evə buraxılıb.

Kounis sindromu nədir? 

Kounis sindromu - allergik reaksiya nəticəsində yaranan kəskin koronar sindromdur, yəni allergiya ürək damarlarında spazm, daralma və ya hətta tıxanma yaradaraq infarkt kimi ağır vəziyyətlərə səbəb ola bilər.

Bu sindrom ilk dəfə yunan həkim Nikolas Kounis tərəfindən təsvir edildiyi üçün onun adı ilə adlandırılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости