https://news.day.az/azerinews/1810565.html “TikTok” bu şəxslərin hesabını siləcək - Yenilik "TikTok" Avropa üzrə istifadəçilər üçün gücləndirilmiş yaş yoxlama mexanizmlərini tətbiq etməyə hazırlaşır. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, platforma 13 yaşdan aşağı uşaqlara məxsus hesabların qarşısını almağı hədəfləyir.

“TikTok” bu şəxslərin hesabını siləcək - Yenilik

Azərbaycanca, 21 января 2026 01:39 (UTC +04:00) 376
“TikTok” bu şəxslərin hesabını siləcək

"TikTok" Avropa üzrə istifadəçilər üçün gücləndirilmiş yaş yoxlama mexanizmlərini tətbiq etməyə hazırlaşır.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, platforma 13 yaşdan aşağı uşaqlara məxsus hesabların qarşısını almağı hədəfləyir.

Şirkətdən bildirilib ki, yeni texnologiya profil məlumatları, paylaşılan videolar və platformadakı davranışlar əsasında hesab sahibinin 13 yaşdan kiçik olub-olmadığını proqnozlaşdıracaq. Şübhəli hesablar moderatora yönləndiriləcək və hesabın bağlanıb-bağlanmaması ilə bağlı yekun qərar veriləcək.

Qeyd edilib ki, sınaq mərhələsi zamanı minlərlə yetkinlik yaşına çatmayan şəxsin hesabı silinib və bu yenilik yaxın həftələrdə tətbiq olunacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости