https://news.day.az/azerinews/1812071.html Ramiz Vəliyev barədə qərar verildi Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək 5 il müddətinə məhkum edilmiş keçmiş diplomat Ramiz Vəliyevin cəzası azaldılıb. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi onun barəsində yekun qərarını açıqlayıb. Qərara əsasən, R.Vəliyevə amnistiya aktı şamil edilməklə cəzası 6 ay azaldılıb.

Ramiz Vəliyev barədə qərar verildi

Azərbaycanca, 26 января 2026 18:03 (UTC +04:00) 355
Ramiz Vəliyev barədə qərar verildi

Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək 5 il müddətinə məhkum edilmiş keçmiş diplomat Ramiz Vəliyevin cəzası azaldılıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi onun barəsində yekun qərarını açıqlayıb.

Qərara əsasən, R.Vəliyevə amnistiya aktı şamil edilməklə cəzası 6 ay azaldılıb.

Xatırladaq ki, sabiq diplomat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi üzrə təqsirli bilinib.

Qeyd edək ki, bu barədə ilk məlumatı Gününsəsi.info yayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости