https://news.day.az/azerinews/1812084.html Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırıb Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə təqribən 594,193 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 36,045 milyon ABŞ dolları olub.

Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırıb

Azərbaycanca, 26 января 2026 18:53 (UTC +04:00) 362
Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə təqribən 594,193 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 36,045 milyon ABŞ dolları olub.

Türkiyəyə elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 174,008 milyon kVt/saat və ya 41,4%, dəyər ifadəsi ilə 9,3 milyon ABŞ dolları, yaxud 34,9% artıb.

 

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 69,7 milyon ABŞ dolları dəyərində, 1,221 milyard kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 7,2 milyon ABŞ dolları dəyərində 167,5 milyon kVt/saat elektrik enerjisi idxal edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости