https://news.day.az/azerinews/1812095.html Bu ölkə Aİ-dən idxal olunan avtomobillərə gömrük rüsumunu azaldır Hindistan hökuməti Avropa İttifaqından idxal edilən avtomobillərə tətbiq olunan gömrük rüsumunu 110%-dən 40%-ə endirməyə hazırlaşır. Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bu ölkə Aİ-dən idxal olunan avtomobillərə gömrük rüsumunu azaldır

Azərbaycanca, 26 января 2026 19:50 (UTC +04:00) 370
Bu ölkə Aİ-dən idxal olunan avtomobillərə gömrük rüsumunu azaldır

Hindistan hökuməti Avropa İttifaqından idxal edilən avtomobillərə tətbiq olunan gömrük rüsumunu 110%-dən 40%-ə endirməyə hazırlaşır.

Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, bu addım Dehli ilə Brüssel arasında imzalanması gözlənilən sərbəst ticarət sazişi çərçivəsində atılır. 15 min avrodan baha Avropa avtomobillərinə tətbiq edilən vergi dərhal azaldılacaq və gələcəkdə mərhələli şəkildə 10%-ə qədər endiriləcək.

 

Bu isə Volkswagen, Mercedes-Benz və BMW kimi Avropa istehsalçılarının Hindistan bazarına çıxışını xeyli asanlaşdıracaq.

Razılaşma reallaşarsa, bu, Hindistan avtomobil bazarının indiyə qədər Avropa üçün ən böyük açılışı olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости