İranda 5,2 bal gücündə zəlzələ oldu

İranın cənubundakı Buşehr vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

Day.Az-ın məlumatına görə, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi xəbər verib.

 

Məlumata əsasən, zəlzələnin episentri Əsəluyə rayonunda olub.

Yeraltı təkanların ocağı 18 km dərinlikdə yerləşib.