İlk köç karvanı Xanabad kəndinə çatıb, açarlar təqdim edilib

Xocalı rayonunun Xanabad kəndinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, ilk mərhələdə Xanabad kəndinə 38 ailə (154 nəfər) qayıdıb.

Qeyd edək ki, sözügedən ailələr uzun illər ərzində respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmışdılar.

xxx
12:54

Xocalı rayonunun Xanabad kəndinə yola salınan ailələr mənzil başına çatıblar.

Day.Az Trend-ə istinadən xəbər verir ki,  ilk mərhələdə Xanabad kəndinə 38 ailə (154 nəfər) qayıdıb.

Daha sonra ailələrə mənzillərin açarları təqdim ediləcək

xxx
12:29

Ağdam. Trend:

"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə əhalinin mərhələli şəkildə köçürülməsi davam edir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, 38 ailə (154 nəfər) Ağdam rayonunun Dördyol ərazisindən Xocalı rayonunun Xanabad kəndinə yola salınıb.

Qeyd edək ki, sözügedən ailələr uzun illər ərzində respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmışdılar.

Xəbər yenilənəcək