50 yaşdan sonra nazik saçlara həcm verməyin 6 sadə yolu

50 yaşdan sonra hormonal dəyişikliklər səbəbilə saçlar incəlir, seyrəkləşir və əvvəlki qulluq üsulları eyni effekti vermir.

Day.Az-ın beynəlxalq sağlamlıq hesabatlara əsasən araşdırmasına görə düzgün yanaşma ilə saçlara zərər vermədən həcm əlavə etmək mümkündür.

Bunun üçün ağır və qidalandırıcı məhsullardan imtina edib daha yüngül teksturalara üstünlük vermək, həmçinin baş dərisinə xüsusi diqqət yetirmək vacibdir. Mütəmadi baş dərisi masajı qan dövranını artıraraq saç köklərini gücləndirir və daha sağlam görünüş yaradır.

Bundan əlavə, qulluq vasitələrini yalnız saçın uzunluğuna tətbiq etmək, uyğun saç kəsimi seçmək və düzgün qurudulma texnikasından istifadə etmək həcm üçün əsas rol oynayır. Orta uzunluqlu və düzgün formalı saç kəsimi saçları daha dolğun göstərir, aşağı temperaturda qurudulma isə onları qoruyur.

Eyni zamanda, həddindən artıq məhsul istifadəsindən qaçmaq lazımdır. Daha az və düzgün seçilmiş vasitələr saçların daha yüngül və həcmli görünməsinə kömək edir.