13 aprel 2026 üçün bürc proqnozları
Ay günün ilk yarısında Dolça bürcündə hərəkət edir, saat 11:56-dan sonra isə Balıq bürcünə keçir.
Day.Az xəbər verir ki, bu gün emosional həssaslıq artır, empati və mərhəmət ön plana çıxır. Özünüzə qarşı daha yumşaq olun və daxili səsinizə qulaq asın.
Günün motivasiyası: "Öz zehnini susdura bilən insan, həyatın ona nə demək istədiyini eşitməyə başlayar."
Qoç - Daimi tələskənliyə ara vermək və bir az dincəlmək ehtiyacı hiss edə bilərsiniz. Yorğunluğunuzu qəbul etmək vacibdir.
Buğa - Ətrafınızdakı insanların problemlərinə daha həssas yanaşacaq, empati qabiliyyətinizlə seçiləcəksiniz.
Əkizlər - Qərar verərkən yalnız məntiqə deyil, daxili hisslərinizə də güvənməli olacaqsınız.
Xərçəng - Düşüncələrinizi toparlamaq və daha nikbin baxış qazanmaq üçün özünüzə zaman ayırın.
Şir - Sizi narahat edən bəzi məsələlərin əslində düşündüyünüz qədər ciddi olmadığını anlayacaqsınız.
Qız - Münasibətlərdə haqlı çıxmaqdan çox qarşı tərəfi anlamağa fokuslanmaq müsbət nəticə verəcək.
Tərəzi - Perfeksionizmdən uzaqlaşıb işləri sizi yormayan şəkildə həll etməyə çalışın.
Əqrəb - Sizi xoşbəxt edən kiçik detallara daha çox vaxt ayırmaq istəyəcəksiniz.
Oxatan - Özünüzü rahat və güvənli hiss etdiyiniz mühitdə qalmağa üstünlük verəcəksiniz.
Oğlaq - Ünsiyyətdə daha yumşaq və empatik yanaşma sərgiləmək vacib olacaq.
Dolça - Yalnız məqsədlərə çatmaq deyil, sahib olduqlarınızın dəyərini anlamaq da önəm qazanır.
Balıq - Yaydığınız müsbət enerji ətrafınızdakı insanlara təsir edəcək və bunun qarşılığını görəcəksiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре