https://news.day.az/azerinews/1837291.html Ağdama qayıdan ailələrə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB Ağdam şəhərinə çatan ailələrə mənzillərinin açarları təqdim olunub. Day.Az xəbər verir ki, bu gün Ağdam şəhərinə köç edən 110 ailəyə sahib olduqları yeni mənzillərin açarları təqdim edilib. XXX 13:01 Ağdam şəhərinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb.

Ağdama qayıdan ailələrə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycanca, 26 мая 2026 14:34 (UTC +04:00) 330
Ağdama qayıdan ailələrə mənzillərinin açarları təqdim olunub

Ağdam şəhərinə çatan ailələrə mənzillərinin açarları təqdim olunub.

Day.Az xəbər verir ki, bu gün Ağdam şəhərinə köç edən 110 ailəyə sahib olduqları yeni mənzillərin açarları təqdim edilib.

XXX

13:01

Ağdam şəhərinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb.

Day.Az xəbər verir ki, səhər saatlarında yola düşən 110 ailə artıq Ağdam şəhərinə çataraq yeni yaşayış ünvanlarına yerləşmək üçün qeydiyyat prosedurlarına başlayıb.

Yaxın saatlarda ailələrə mənzillərin açarları təqdim olunacaq.

XXX

06:38

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb.

Day.Az xəbər verir ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam şəhərinə 110 ailə (417 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости