https://news.day.az/azerinews/1839165.html Azərbaycandan keçməklə Ermənistana gübrə və buğda göndəriləcək Bu gün Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Day.Az xəbər verir ki, Ermənistana 2 vaqon gübrə, 2 vaqon buğda göndəriləcək. Yük vaqonları saat 14:00-da Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətinə yola salınacaq.

Azərbaycandan keçməklə Ermənistana gübrə və buğda göndəriləcək

Azərbaycanca, 4 июня 2026 10:11 (UTC +04:00) 266
Azərbaycandan keçməklə Ermənistana gübrə və buğda göndəriləcək

Bu gün Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Day.Az xəbər verir ki, Ermənistana 2 vaqon gübrə, 2 vaqon buğda göndəriləcək.

Yük vaqonları saat 14:00-da Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətinə yola salınacaq.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 min 955 ton Aİ-95 benzini ixrac olunub.

Xəbər yenilənəcək

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости