https://news.day.az/azerinews/1850996.html Prezident İlham Əliyev Mərakeş Kralına məktub ünvanlayıb Prezident İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə məktub ünvanlayıb. Məktubda qeyd olunub: "Əlahəzrət, Əziz Qardaşım, Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Prezident İlham Əliyev Mərakeş Kralına məktub ünvanlayıb

Azərbaycanca, 30 июля 2026 11:04 (UTC +04:00) 212
Prezident İlham Əliyev Mərakeş Kralına məktub ünvanlayıb

Prezident İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə məktub ünvanlayıb.

Məktubda qeyd olunub:

"Əlahəzrət,

Əziz Qardaşım,

Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz tarixi köklərə və xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş münasibətlərinə xüsusi əhəmiyyət veririk.

Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости