https://news.day.az/azerinews/1839643.html Azərbaycan sərhədini pozmaq istəyən əcnəbilər saxlanıldı - FOTO Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb. Bu barədə Day.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Azərbaycan sərhədini pozmaq istəyən əcnəbilər saxlanıldı - FOTO

Azərbaycanca, 6 июня 2026 10:04 (UTC +04:00) 326
Azərbaycan sərhədini pozmaq istəyən əcnəbilər saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Bu barədə Day.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, iyunun 1-də Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgül saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

  • Azərbaycan sərhədini pozmaq istəyən əcnəbilər saxlanıldı
  • Azərbaycan sərhədini pozmaq istəyən əcnəbilər saxlanıldı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости