https://news.day.az/azerinews/1839737.html Sarayda şagirdi döyən idman müəllimi cəzalandırıldı Regional Təhsil İdarəsi sosial mediada sagirdin döyülməsi ilə bağlı yayılan iddialara aydınliq gətirib.

Sarayda şagirdi döyən idman müəllimi cəzalandırıldı

Azərbaycanca, 6 июня 2026 15:00 (UTC +04:00) 306
Sarayda şagirdi döyən idman müəllimi cəzalandırıldı

Regional Təhsil İdarəsi sosial mediada sagirdin döyülməsi ilə bağlı yayılan iddialara aydınliq gətirib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə Saray qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimin şagirdə qarşı uyğunsuz davranışı ilə bağlı məlumatlar yayılıb və məsələ ilə bağlı araşdırma aparılıb:

"İlkin araşdırma zamanı müəllim tərəfindən "Təhsilverənlərin etik davranış qaydaları"nın pozulduğu müəyyən edilib. Bu səbəbdən onun barəsində intizam tənbehi tədbiri görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Bildiririk ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri tədbirlər görülür", - məlumatda qeyd edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Saray qəsəbəsi 1 saylı tam orta məktəbin idman müəlliminin 5-ci sinif şagirdini döyməsi barədə iddialar yayılmışdı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости