https://news.day.az/azerinews/1840239.html Azov dənizində dron hücumunda həlak olan daha iki azərbaycanlının nəşi tapılıb 5 iyun tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində gunorta radələrində ölkəmizə çatmaları gözlənilir. Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Azov dənizində dron hücumunda həlak olan daha iki azərbaycanlının nəşi tapılıb

Azərbaycanca, 9 июня 2026 11:18 (UTC +04:00) 274
Azov dənizində dron hücumunda həlak olan daha iki azərbaycanlının nəşi tapılıb

5 iyun tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində gunorta radələrində ölkəmizə çatmaları gözlənilir.

Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bununla yanaşı, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb.

Bildirilib ki, müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 nəfər vətəndaşımızın cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan iki nəfər vətəndaşımızın yaxın günlərdə ölkəmizə yola salınması nəzərdə tutulur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости