https://news.day.az/azerinews/1843924.html FIFA-dan rəsmi qərar: U-15 Dünya Çempionatının ilk ev sahibi Azərbaycan olacaq FIFA 15 yaşadək futbolçular arasında təşkil olunacaq yeni dünya çempionatının və 2026-cı il futbol festivalının Azərbaycanda keçiriləcəyini açıqlayıb. DayAz xəbər verir ki, qurumun Şura Bürosu tərəfindən qəbul edilən qərara əsasən, yarış 22-31 oktyabr 2026-cı il tarixlərində təşkil olunacaq.

FIFA-dan rəsmi qərar: U-15 Dünya Çempionatının ilk ev sahibi Azərbaycan olacaq

Azərbaycanca, 25 июня 2026 09:24 (UTC +04:00) 321
FIFA-dan rəsmi qərar: U-15 Dünya Çempionatının ilk ev sahibi Azərbaycan olacaq

FIFA 15 yaşadək futbolçular arasında təşkil olunacaq yeni dünya çempionatının və 2026-cı il futbol festivalının Azərbaycanda keçiriləcəyini açıqlayıb.

DayAz xəbər verir ki, qurumun Şura Bürosu tərəfindən qəbul edilən qərara əsasən, yarış 22-31 oktyabr 2026-cı il tarixlərində təşkil olunacaq. Turnirdə FIFA-ya üzv assosiasiyaların U-15 yaş qrupundan ibarət oğlan komandalarının iştirak etməsi nəzərdə tutulur.

FIFA Azərbaycanı ev sahibi ölkə kimi seçərkən burada mövcud olan müasir idman infrastrukturu, həmçinin beynəlxalq səviyyəli yarışların uğurla təşkili sahəsində əldə olunmuş təcrübəni əsas amillərdən biri kimi qiymətləndirib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 2027-ci ildə keçiriləcək U-20 Dünya Çempionatına da ev sahibliyi edəcəyi barədə məlumat yayılmışdı.

FIFA-nın planına əsasən, U-15 yaş qrupu üzrə ikinci dünya çempionatı 2027-ci ildə qız komandalarının iştirakı ilə baş tutacaq. 2028-ci ildən etibarən isə oğlanlar və qızlar arasında yarışlar ayrıca formatda keçiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости