ABŞ Yaxın Şərqə qırıcı təyyarələr yerləşdirir

ABŞ Yaxın Şərqə əlavə qırıcı təyyarələr və tanker təyyarələri yerləşdirir.

APA xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Almaniyanın Spangdahlem Hava Bazasından F-16 və Böyük Britaniyanın Lakenheas Hava Bazasından F-35 təyyarələri bölgəyə yerləşdirilir.

Yaxın Şərqə tanker təyyarələrinin göndərildiyi də bildirilir.