https://news.day.az/azerinews/1849206.html Özəlləşdirmə çekləri ilə bağlı kompensasiya dair yayılan məlumatlar saxtadır - Birgə məlumat Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır. Bu barədə Daxili İşlər Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə məlumatında qeyd edilib.

Özəlləşdirmə çekləri ilə bağlı kompensasiya dair yayılan məlumatlar saxtadır - Birgə məlumat

Azərbaycanca, 20 июля 2026 18:40 (UTC +04:00) 258
Özəlləşdirmə çekləri ilə bağlı kompensasiya dair yayılan məlumatlar saxtadır

Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır.

Bu barədə Daxili İşlər Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə məlumatında qeyd edilib.

Bildirilib ki, sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil nömrələrlə əlaqə saxlanılmasının zəruriliyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

 

Bildirilib ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir və vətəndaşlarda çaşqınlıq yaratmağa yönəlib.

"Vətəndaşlara tövsiyə olunur ki, bu cür saxta elanlara etibar etməsinlər, naməlum telefon nömrələri ilə əlaqə saxlamasınlar, bank kartı rekvizitlərini, şəxsiyyət vəsiqəsi məlumatlarını, SMS-lə göndərilən təsdiq kodlarını və digər şəxsi-maliyyə məlumatlarını heç bir halda qarşı tərəfə təqdim etməsinlər, eləcə də hər hansı ödəniş həyata keçirməsinlər.

Hazırda həmin saxta məlumatlarla bağlı araşdırmalar aparılır", - deyə məlumatda bildirlib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости