https://news.day.az/azerinews/1850987.html Avropa Liqası: Qarabağ CSKA ilə oyuna çıxır Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi "Qarabağ" bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Bu barədə məlumat Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) saytında dərc olunub. Ağdam klubu Bolqarıstanın CSKA (Sofiya) komandasının qonağı olacaq.

Avropa Liqası: Qarabağ CSKA ilə oyuna çıxır

Azərbaycanca, 30 июля 2026 10:23 (UTC +04:00) 101
Avropa Liqası: Qarabağ CSKA ilə oyuna çıxır

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi "Qarabağ" bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Bu barədə məlumat Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) saytında dərc olunub.

Ağdam klubu Bolqarıstanın CSKA (Sofiya) komandasının qonağı olacaq.

Sofiya şəhərində yerləşən Vasil Levski adına Milli Stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Belçikadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma "CBC Sport" vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Bakıda baş tutan ilk oyun 0:0 hesablı heç-heçə yekunlaşıb.

30 iyul

 

22:00. CSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Bram van Drişe

Baş hakimin köməkçiləri: Mişel Seldreyers, İv de Neve

Dördüncü hakim: Kevin van Damm

VAR: Bert Put

AVAR: Uesli de Kremer

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости