https://news.day.az/azerinews/1852377.html İnfantino səhvlərinə görə üzr istədi Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino quruma rəhbərlik etməyə davam edəcək. "Sky News" xəbər verir ki, bu barədə Mərakeşin paytaxtı Rabatda keçirilən FİFA rəhbərliyinin iclasının yekunlarına dair təşkilatın bəyanatında bildirilib.

İnfantino səhvlərinə görə üzr istədi

Azərbaycanca, 6 августа 2026 12:02 (UTC +04:00) 145
İnfantino səhvlərinə görə üzr istədi

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino quruma rəhbərlik etməyə davam edəcək.

"Sky News" xəbər verir ki, bu barədə Mərakeşin paytaxtı Rabatda keçirilən FİFA rəhbərliyinin iclasının yekunlarına dair təşkilatın bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, FİFA-nın baş katibi Mattias Qrafstrem və təşkilatın İdarə Heyətinin üzvləri İnfantinoya "tam dəstəklərini təsdiqləyiblər".

 

"Sky News" telekanalının məlumatına görə, Rabatdakı görüş yeddi saat davam edib. Telekanalın xəbərinə əsasən, İnfantino və Qrafstrem milli futbol assosiasiyalarına ünvanladıqları məktubda dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması planı ilə bağlı yol verilmiş səhvlərə görə üzr istəyiblər.

"Meydana çıxmış bu səhvlərə görə səmimi qəlbdən üzr istəyirik və onların bir daha təkrarlanmayacağına söz veririk", - deyə məktubda bildirilir. Eyni zamanda sənəddə FİFA-nın planlarının KİV-ə sızdırılması da səhv kimi qiymətləndirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости