https://news.day.az/azerinews/1853272.html Tramp FIFA rəhbərinə dəstək çıxdı FİFA hər hansı səbəbdən Canni İnfantinonu dəyişdirməyi düşünərsə, dəhşətli səhvə yol verər. Bunu ABŞ Prezidenti Donald Tramp FIFA rəhbəri Canni İnfantinoya dəstək olaraq bildirib.

Tramp FIFA rəhbərinə dəstək çıxdı

Azərbaycanca, 11 августа 2026 12:30 (UTC +04:00) 246
Tramp FIFA rəhbərinə dəstək çıxdı

FİFA hər hansı səbəbdən Canni İnfantinonu dəyişdirməyi düşünərsə, dəhşətli səhvə yol verər.

Bunu ABŞ Prezidenti Donald Tramp FIFA rəhbəri Canni İnfantinoya dəstək olaraq bildirib.

ABŞ prezidenti qeyd edib ki, FİFA-nın hazırkı rəhbəri tarixdə "ən uğurlu dünya çempionatını" keçirib və onun vəzifədən getməsi halında dünya çempionatları bir daha bu qədər gəlirli olmayacaq.

 

İyulun sonunda İnfantinonun dünya çempionatlarındakı paylarını özəl investorlara satmaq qərarına gəldiyi məlum olub. Təxmin edilirdi ki, hüquqların təxminən 20 faizi Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşı - Coşua Kuşnerin rəhbərlik etdiyi özəl investorlar qrupuna veriləcək.

Bu ideya milli futbol federasiyalarının kəskin tənqidinə səbəb olub. Onlar payın satılması ilə bağlı qərar qəbul ediləcəyi təqdirdə dünya çempionatlarını boykot edəcəkləri ilə hədələyiblər. Bundan sonra FİFA dünya çempionatındakı payların özəl investorlara satılması planından imtina etdiyini açıqlayıb, İnfantino özü isə rəsmən üzr istəyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости