FIFA İnfantinonu tənqid edən yüksək vəzifəli əməkdaşını işdən çıxarıb
Dünya Futbol Federasiyası (FIFA) prezident Canni İnfantinonun planını tənqid edən yüksək vəzifəli əməkdaşlarından birini vəzifəsindən azad edib.
Day.Az xəbər verir ki, FIFA-nın baş əməliyyat direktoru Lamur federasiya prezidentinin Dünya Kubokunun keçirilməsi ilə bağlı bəzi hüquqların investorlara satılması planını tənqid etdikdən sonra işdən çıxarılıb. FIFA onun vəzifədən ayrılmasının səbəbləri və şərtləri ilə bağlı açıqlama verməyib.
45 yaşlı Lamur iyul ayında yazdığı açıqlamada FIFA əməkdaşlarının İnfantinonun son aylarda bu planla bağlı açıq şəkildə müzakirə aparmaması səbəbindən "aldadıldığını" bildirib.
O, əməkdaşların "hörmətsizlik və təzyiqdən daha yaxşı münasibətə layiq olduqlarını" qeyd edib.
Lamurun açıqlaması İnfantinonun baş məsləhətçisi Karlos Kordeironun istefasından bir neçə saat sonra yayımlanıb. Kordeiro digər yüksək vəzifəli FIFA əməkdaşlarını da bu məsələ ilə bağlı mövqelərini bildirməyə çağırmışdı.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре