https://news.day.az/azerinews/1857963.html Oteldə yanğın hadisəsi baş verib - 12 yaralı İstanbulun Bakırköy rayonunda 6 mərtəbəli otelin birinci mərtəbəsində səhər saat 06:30 radələrində naməlum səbəbdən yanğın baş verib. Alov qısa müddətdə yuxarı mərtəbələrə yayılıb. Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürən, polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Oteldə yanğın hadisəsi baş verib - 12 yaralı

Azərbaycanca, 5 сентября 2026 10:05 (UTC +04:00) 259
Oteldə yanğın hadisəsi baş verib

İstanbulun Bakırköy rayonunda 6 mərtəbəli otelin birinci mərtəbəsində səhər saat 06:30 radələrində naməlum səbəbdən yanğın baş verib. Alov qısa müddətdə yuxarı mərtəbələrə yayılıb.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürən, polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın nəticəsində 12 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb, oteldə köməksiz qalan 7 nəfər isə yanğınsöndürənlər tərəfindən xilas edilib.

Yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.

Polis ərazidə təhlükəsizlik tədbirləri görüb və yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости