https://news.day.az/azerinews/1858146.html FİFA prezidenti Canni İnfantino 2027-ci il seçkilərində iştirak edəcək Beynəlxalq Futbol Federasiyasının (FİFA) hazırkı prezidenti Canni İnfantino 2027-ci ildə keçiriləcək seçkilərdə təşkilatın rəhbəri postuna namizədlərdən biri olacaq. Day.Az xəbər verir ki, bu barədə jurnalist Rob Harris özünün "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

FİFA prezidenti Canni İnfantino 2027-ci il seçkilərində iştirak edəcək

Azərbaycanca, 6 сентября 2026 17:12 (UTC +04:00) 166
FİFA prezidenti Canni İnfantino 2027-ci il seçkilərində iştirak edəcək

Beynəlxalq Futbol Federasiyasının (FİFA) hazırkı prezidenti Canni İnfantino 2027-ci ildə keçiriləcək seçkilərdə təşkilatın rəhbəri postuna namizədlərdən biri olacaq.

Day.Az xəbər verir ki, bu barədə jurnalist Rob Harris özünün "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"FİFA prezidenti aprel ayında 2027-ci ildə yenidən namizədliyini irəli sürəcəyini elan etmişdi. Əlbəttə ki, heç nə dəyişməyib. Cənab İnfantino yenidən seçkilərə qatılacaq", - deyə Harris FİFA nümayəndəsinin sözlərini sitat gətirərək yazıb.

Qeyd edək ki, C. İnfantinonun 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FİFA rəhbəri seçilib. Daha sonra o, iki dəfə alternatizsiz əsasda yenidən bu vəzifəyə seçilib. FİFA rəhbərinin növbəti seçkiləri 2027-ci ilin martında keçiriləcək. Seçkilərdə iştirak üçün müraciətlərin son təqdimetmə tarixi noyabrın 18-dir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости