https://news.day.az/azerinews/1859375.html Avtomobil bazarında durğunluq: İdxal niyə azalıb? - VİDEO Bu ilin yanvar-iyul aylarında Azərbaycana 36 min 169 minik avtomobili idxal edilib. İdxal olunan avtomobillərin ümumi dəyəri 660 milyon 17 min 900 dollar təşkil edib. Day.Az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı say baxımından 37,7 faiz, dəyər baxımından isə 37,8 faiz azalıb.

Avtomobil bazarında durğunluq: İdxal niyə azalıb? - VİDEO

Azərbaycanca, 11 сентября 2026 17:13 (UTC +04:00) 235
Avtomobil bazarında durğunluq:

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 36 min 169 minik avtomobili idxal edilib. İdxal olunan avtomobillərin ümumi dəyəri 660 milyon 17 min 900 dollar təşkil edib.

Day.Az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı say baxımından 37,7 faiz, dəyər baxımından isə 37,8 faiz azalıb.

Ekspertlər geriləmənin əsas səbəblərindən birinin ilin əvvəlindən avtomobil bazarında vergi yükünün dəyişməsi olduğunu bildirirlər. Hibrid və elektrik avtomobilləri üçün tətbiq olunan güzəştlərin başa çatması idxal xərclərini artırıb. Bu isə əvvəl güzəştlər hesabına daha əlçatan olan bəzi modellərin satış qiymətlərinin yüksəlməsinə səbəb olub.

Mütəxəssislərin fikrincə, digər amil əvvəlki dövrdə bazara tələbatdan artıq sayda avtomobil çıxarılmasıdır. Bu səbəbdən bazarda müəyyən doyma yaranıb və idxala tələbat azalıb.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости