https://news.day.az/azerinews/1861357.html Ağdam, Füzuli və Xocavənddə quruculuq işləri qrafikə uyğun davam etdirilir Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdam, Füzuli və Xocavənd rayonlarında quruculuq və bərpa işləri qrafikə uyğun davam etdirilir.

Ağdam, Füzuli və Xocavənddə quruculuq işləri qrafikə uyğun davam etdirilir

Azərbaycanca, 20 сентября 2026 17:53 (UTC +04:00) 286
Ağdam, Füzuli və Xocavənddə quruculuq işləri qrafikə uyğun davam etdirilir

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdam, Füzuli və Xocavənd rayonlarında quruculuq və bərpa işləri qrafikə uyğun davam etdirilir.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda Ağdam rayonunda Ağdam şəhəri və iki kənddə quruculuq işləri həyata keçirilir.

"Hazırda Ağdam şəhərində 4-cü və 5-ci yaşayış komplekslərinin, həmçinin Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinin bərpası davam edir. Bu dörd yaşayış məntəqəsinin bu ilin sonuna qədər təhvil verilməsi nəzərdə tutulur. Bu, ümumilikdə Ağdam şəhərinə 8 min nəfərin qayıdışı deməkdir. Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinə isə ilk mərhələdə müvafiq olaraq 427 və 851 ailənin köçürülməsi planlaşdırılır", - deyə Emin Hüseynov bildirib.

Xüsusi nümayəndə qeyd edib ki, Füzuli rayonunda da iki kənddə bərpa işləri aparılır.

"Füzulidə ikinci ağıllı kənd olan Dövlətyarlının 450 ailənin yaşayışı üçün bərpası davam etdirilir. Eyni zamanda, Pirəhmədli kəndində ilk mərhələdə 146 ailənin köçürülməsi üçün tikinti-bərpa işləri sürətlə davam etdirilir. Məqsədimiz hər iki kənddə tikinti-bərpa işlərini yekunlaşdırmaqdır", - deyə o əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости