https://news.day.az/azerinews/1864372.html Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilər - Elçin Əmirbəyov Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilər. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilər - Elçin Əmirbəyov

Azərbaycanca, 3 октября 2026 12:32 (UTC +04:00) 264
Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilər

Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilər.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

Bu məsələ Elçin Əmirbəyovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində İsveçrə Xarici İşlər üzrə Federal Departamentinin dövlət katibi Aleksandr Fazel ilə görüşündə müzakirə olunub.

Tərəflər regional bağlantılar kontekstində Orta Dəhlizin inkişafını, həmçinin Zəngəzur dəhlizinin gerçəkləşdirilməsinin regional əməkdaşlığın genişləndirilməsinə və Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsinə mümkün töhfəsini müzakirə ediblər.

E. Əmirbəyov bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpasını təmin edəcək. Görüşdə dəhlizin tərkib hissəsi olan TRIPP layihəsi də müzakirə edilib.

Prezidentin xüsusi nümayəndəsi İsveçrə tərəfinə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin hazırkı vəziyyəti və əldə olunan praktiki nəticələr barədə məlumat verib.

Qeyd olunub ki, qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi, eləcə də vətəndaş cəmiyyətləri arasında əlaqələrin genişləndirilməsi sülhün üstünlüklərinin hər iki ölkənin əhalisi tərəfindən hiss olunmasında mühüm rol oynayır.

Görüşdə, həmçinin Azərbaycan-İsveçrə münasibətlərinin inkişafı, regional təhlükəsizlik və nəqliyyat kommunikasiyaları məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости