https://news.day.az/azerinews/1865143.html Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV beynəlxalq konfrans keçirilib - FOTO Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda IV beynəlxalq konfrans keçirilir.

Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV beynəlxalq konfrans keçirilib - FOTO

Azərbaycanca, 7 октября 2026 09:51 (UTC +04:00) 261
Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV beynəlxalq konfrans keçirilib

Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda IV beynəlxalq konfrans keçirilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, konfrans Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev çıxışında bildirib ki, Azərbaycan itkin düşənlər problemindən əziyyət çəkən ölkələrdən biridir.

"Keçmişdə Ermənistanın əsassız iddiaları və işğal siyasəti xalqımız üçün ağır humanitar nəticələr doğurub. Müharibə başa çatsa da, yaxınlarının taleyindən xəbərsiz ailələr üçün gözlənti davam edir.

Dövlət Komissiyasında hərbi təcavüz nəticəsində itkin düşmüş 4010 nəfər qeydiyyata alınıb. Onlardan 4004 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində itkin düşüb. İtkinlərin 3228 nəfəri hərbi qulluqçu, 782 nəfəri mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs var. Bu rəqəmlər faciənin miqyasını göstərir", - deyə o bildirib.

Sədr bildirib ki, Dövlət Komissiyası 2025-ci ilin fevralından Ermənistanın aidiyyəti komissiyası ilə birbaşa təmaslar qurub, görüşlər və məlumat mübadiləsi aparıb.

"Müxtəlif mənbələr və şahid ifadələri əsasında Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısı, o cümlədən 104 nəfər barədə ətraflı məlumat qarşı tərəfə təqdim edilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi qeydiyyata aldığı 54 vətəndaşımız haqqında da məlumat vermişik. Onlardan 17 nəfərin meyiti qaytarılıb. Saxlanma yerlərində öldüyü bildirilən 33 nəfərin meyiti qaytarılmayıb, 4 nəfərin taleyi isə açıqlanmayıb. Bu ailələr hələ də cavab gözləyirlər.

Biz azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aid olduğu ehtimal edilən qalıqların eyniləşdirilməsi üçün müvafiq DNT nümunələrinin təqdim olunmasını da təklif etmişik. Ermənistanın 2026-cı ilin yanvarında təqdim etdiyi, itkin düşdüyü bildirilən 50 erməniəsilli şəxsin DNT profilləri ilə aşkarlanmış qalıqlar arasında aparılan ekspertizalar uyğunluq müəyyən etməyib. Hər iki tərəfin itkinlərinin taleyinin aydınlaşdırılması üçün əməkdaşlığa hazırıq.

Lakin nəticə əldə etmək üçün dəqiq və tam məlumat lazımdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır", - deyə o bildirib.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev öz növbəsində vurğulayıb ki, silahlı münaqişənin tərəfləri itkin düşmüş şəxslərin taleyini araşdırmaq, əllərindəki məlumatları qeydə almaq və bölüşmək, həlak olanları axtarmaq və onların qalıqlarına ehtiramla yanaşmaq üçün bütün zəruri tədbirləri görməlidir.

O qeyd edib ki, itkin düşmüş şəxsin ailəsi üçün o, heç vaxt sadəcə bir statistika və ya qeydiyyat nömrəsi deyil.

"Bu qeyri-müəyyənlik, istər həyat yoldaşı, istər övladı, istərsə də valideyni olsun, onların gələcək qərarlarını formalaşdırır. Ziyarət edib matəm saxlayacaqları bir məzarın olub-olmayacağı məlum deyil. 4 000-dən çox Azərbaycan vətəndaşı itkindir və onların taleyi məlum deyil. Minlərlə ailə qeyri-müəyyənlik içində, illər, hətta onilliklər boyu bu əzabı çəkir.

Azərbaycan ərazilərinin azad edilməsindən sonra biz insan qalıqlarının olduğu çoxlu sayda kütləvi məzarlıq sahəsini aşkar etdik. Qalıqlar müayinə olunub, şəxsiyyətlər müəyyən edilib, onlara ləyaqətli dəfn mərasimi təşkil olunub. Lakin böyük əksəriyyətin taleyi hələ də məlum deyil", - deyə o bildirib.

F.Rzayev əlavə edib ki, minalar və partlamamış hərbi sursatlar ərazidəki axtarış işlərini təhlükəli yaratmağa davam edir.

  • Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV beynəlxalq konfrans keçirilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости